🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Birinci Qarabağ müharibəsində itkin düşən leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşən leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olundu

Azərbaycan.media xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu doğulduğu Neftçala rayonunun Qaçaqkənd kəndində torpağa tapşırılıb.

31 oktyabr 2025-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidin ailəsinin yaşadığı Qaçaqkənd kəndində vida mərasimi keçirilib.

Mərasimdən sonra şəhid leytenant Qaçaqkənd kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında dəfn olunub. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin oğlu Elmir Kərimova təqdim edilib.

Vida mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, döyüş yoldaşları və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub və 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhid leytenantın nəşi 33 il sonra doğma torpağa gətirilərək dəfn edilib.

 

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olunub - FOTOLAR

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olunub - FOTOLAR

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olunub - FOTOLAR