🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda iki küçəyə xalq artisti Məmmədbağır Bağırzadənin adı verilib

Bakıda iki küçəyə xalq artisti Məmmədbağır Bağırzadənin adı verilib.

Bu barədə Azərbaycan.media-ya xalq artistinin oğlu, müğənni Rahim Bağırzadə məlumat verib. Onun sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Nazirlər Kabinetinin göstərişi ilə atası Məmmədbağır Bağırzadənin doğulduğu Nardaran kəndindəki küçələrdən birinə onun adı verilib. Həmin küçədə 99 ev yerləşir.

Rahim Bağırzadə bildirib ki, sənətkarın adını daşıyan digər küçə Maştağada yerləşir: “Qəsəbə sakinləri şəxsi imzaları ilə topladıqları müraciəti bələdiyyə vasitəsilə Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim ediblər və nəticədə Maştağada bir küçəyə atamın adı verilib.”

Qeyd edək ki, bu gün Məmmədbağır Bağırzadənin vəfatından 20 il ötür. O, 55 yaşında dünyasını dəyişib.