🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda 53 nömrəli marşrut üzrə yeni, ekoloji avtobuslar xəttə buraxılır


“Elmlər Akademiyası” metrostansiyasını Bayıl parkı ilə birləşdirən 53 nömrəli şəhərdaxili marşrut xəttində 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyalı, müasir avtobuslar sərnişinlərin istifadəsinə veriləcək.

Azərbaycan.media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Transkontrol” MMC yeni avtobuslarla xəttin istismarına noyabrın 1-dən başlayacaq.

Marşrutda ümumilikdə 10 avtobus fəaliyyət göstərəcək və onlar 10-11 dəqiqə intervalla hərəkət edəcək.