🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Azərpoçt” rəsmisi Ümumdünya Filateliya İnkişafı Assosiasiyasına prezident seçilib

“Azərpoçt” MMC-nin marka şöbəsinin müdiri Sitarə Hüseynova Ümumdünya Filateliya İnkişafı Assosiasiyasının (“World Association for the Development of Philately” – WADP) prezidenti seçilib.

Azərbaycan.media xəbər verir ki, bu barədə məlumatı WADP yayıb.

Onlayn səsvermə nəticəsində həmçinin qurumun 2026–2029-cu illər üzrə rəhbər komitəsinin tərkibi müəyyənləşib. Komitəyə Avropa və MDB regionundan Azərbaycan və Rumıniya, Afrikadan Keniya, ərəb ölkələri regionundan Tunis, Asiya–Sakit okeanı regionundan Çin və Hindistan, Şimali Amerika və Qərbi Avropadan Belçika və İspaniya, Latın Amerikası və Karib hövzəsindən isə Çilinin nümayəndələri daxil olublar.

Azərbaycan hazırda Ümumdünya Poçt İttifaqının (ÜPİ) strateji fəaliyyət istiqamətlərində fəal təmsil olunur. Ölkəmiz Poçt Əməliyyatları Şurasının (POC) üzvü və onun işçi qruplarından birinin həmsədri, həmçinin İnzibati Şuranın (CA) tərkibində yer alır.

Yeni təyinatla Azərbaycan növbəti dörd il ərzində ÜPİ-nin fəaliyyətinin bütün səviyyələrində iştirakını genişləndirmək, milli maraqları təşviq etmək və ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirmək imkanı qazanacaq.