Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə apardıqları şəhərsalma monitorinqi zamanı Nəsimi rayonu, 28 May küçəsi 20 ünvanında (inv. № 2904) yerləşən memarlıq abidəsində qanunvericiliyin kobud pozuntularını aşkar ediblər.
Azərbaycan.media xəbər verir ki, binanın fasadında və 133,4 kv.m sahəsi olan qeyri-yaşayış obyektində müvafiq icazə sənədi və qurumlarla razılaşdırma olmadan təmir-tikinti işləri aparılıb.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işlərin dayandırılması ilə bağlı aidiyyəti qurumlar və obyekt sahibləri əvvəlcədən xəbərdar edilsə də, qanunsuz fəaliyyət yenidən davam etdirilib və reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib.
