🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zaqatalada kişinin döyülərək öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb

Azərbaycan.media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini İskəndər Musayevin döyülərək öldürülməsi hadisəsində iştirak edən şəxslərdən biri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan Azərbaycan.media-ya verilən məlumata görə, hadisə ilə əlaqədar 36 yaşlı Rasim Abbasov tutulub.

Məlumatda qeyd olunur ki, digər şəxsin də saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.