🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yaponiyada dişi ayı insanlara hücum edib: 1 ölü, 3 yaralı

Yaponiyada dişi ayının hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər isə ağır xəsarət alıb.

Azərbaycan.media xəbər verir ki, hadisə oktyabrın 24-də, saat 11:00 radələrində Higasinaruse kəndinin Tagonay bölgəsində baş verib.

38 yaşlı Yesiyuki Sasaki ayının hücumuna məruz qalaraq ölüb. Daha üç nəfər — Sasakinin 65 yaşlı atası və təxminən 70 yaşlarında olan yaşlı cütlük baş və üz nahiyələrindən ciddi xəsarətlər alıb. Hər dörd nəfər yaşlı cütlüyə məxsus avtomobilin yanında huşsuz vəziyyətdə tapılıb.

Məlum olub ki, Sasaki yaşlı yoldaşlarının çığırma səslərini eşidərək onlara kömək etməyə çalışıb və bu səbəbdən ayının qurbanı olub.

Hücumdan sonra yerli hakimiyyət orqanları 1,2 metr hündürlüyündə olan yetkin dişi ayını zərərsizləşdirib. Polis hadisənin məhz bu ayı tərəfindən törədildiyini açıqlayıb. Sağ qalan üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, lakin onların şüuru yerindədir.

Bundan əvvəl Yaponiyanın Akita prefekturasının qubernatoru insanlara hücum edən ayılarla mübarizə üçün ordudan yardım istəmişdi. Rəsmilər vəziyyətin istənilən an nəzarətdən çıxa biləcəyini bildirərək, aqressiv ayıların qarşısının alınması üçün hərbi müdaxilənin zəruriliyini vurğulamışdılar.