Azərbaycan.media xəbər verir ki, Vyetnamda daşqınlar səbəbindən azı doqquz nəfər həlak olub, beş nəfər isə itkin düşüb. Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, daşqınlar 100 mindən çox evi və ölkənin turistik Hue və Hoi An bölgələrini su altında qoyub.
Məlumatda qeyd olunur:
“Çaylarda və şəhər ərazilərində genişmiqyaslı daşqınlar davam edir. Dağlıq bölgələrdə qəfil daşqınlar və torpaq sürüşmə riski yüksəkdir. Bir neçə ərazidə sürüşmələr baş verib, nəqliyyat dayandırılıb və elektrik şəbəkələri sıradan çıxıb.”
Vyetnam hökumətinin hava proqnozu agentliyinə görə, mərkəzi bölgədə növbəti iki gün ərzində güclü yağışların davam edəcəyi gözlənilir.
