🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp: “Qarabağ münaqişəsini mən dayandırdım”

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qarabağ münaqişəsinin dayandırılmasını məhz öz səyləri nəticəsində reallaşdırdığını bəyan edib.

Tramp bildirib: “Bu, mənə qeyri-adi məmnunluq hissi verir. Bu səylər sayəsində milyonlarla insanın həyatını xilas etdik. Məsələn, Azərbaycan məsələsini götürək. Münaqişə 38 il davam etmişdi. Prezident Putin mənə zəng etdi və dedi: ‘Bu, heyrətamizdir. Sadəcə, inanılmazdır. Biz bu müharibəni uzun illər dayandıra bilmədik, milyonlarla insan öldü.’ Amma biz bunu edə bildik.”

ABŞ Prezidentinin sözlərinə görə, iki ölkənin nümayəndələri Ağ Evdə görüşü zamanı əvvəlcə məsafə saxlayıblar, lakin tədricən bir-birlərinə yaxınlaşıblar və bir saat ərzində sülh əlaməti olaraq bir-birlərini qucaqlayıblar. Tramp bu anı “həqiqətən heyrətamiz” adlandırıb.