🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 100 Ukrayna dronu vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə Ukraynanın 100 sabit qanadlı pilotsuz uçuş aparatını məhv edib.

Azərbaycan.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, dronlardan 46-sı Bryansk, 12-si Kalujsk, 8-i Belqorod, 7-si Krasnodar, 6-sı Moskva vilayəti (o cümlədən 4-ü Moskvada), 4-ü Oryolsk, 6-sı Ulyanovsk, 4-ü Orlov, 4-ü Krım və 4-ü Mari El bölgələri üzərində, 2-si Stavropolda, hərəsində biri olmaqla Kursk, Smolensk və Tula vilayətləri üzərində vurulub.

Qeyd edilib ki, hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarını ələ keçirərək zərərsizləşdirib.

Xatırladaq ki, Ukrayna qüvvələri son aylarda müxtəlif vasitələrdən, xüsusilə də dronlardan istifadə etməklə Rusiyanın sərhəd bölgələrini — əsasən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini — mütəmadi olaraq atəşə tutur və hücumlar həyata keçirir.