🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pərviz Müseyibli və Ramilə Tağıyeva direktor müavini təyin ediliblər

Azərbaycan.media xəbər verir ki, Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Bu təyinatlarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmrlər imzalayıb.

Pərviz Müseyibli 2015-ci ildən əmək fəaliyyətinə başlayıb, hazırda Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi kimi çalışır və eyni zamanda Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

Ramilə Tağıyeva isə 2014-cü ildən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyət göstərir. O, 2024-cü ildən əvvəlki vəzifəsinə qədər həmin kollecdə şöbə müdiri kimi fəaliyyət göstərib.