Azərbaycan.media xəbər verir ki, Tatarıstanın paytaxtı Kazanda görkəmli Azərbaycan yazıçısı, dramaturq, publisist və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı nəşr olunub.
Kitabın adını müəllif eyni adlı – “Oyun” hekayəsindən götürüb. Hekayələr rus dilindən tatarcaya Gözəl Qıyzatullina tərəfindən tərcümə edilib.
On yeddi hekayənin toplandığı kitabın təşəbbüskarı Tatarıstan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı və millət vəkili Rkail Zəydulla olub.
“Oyun”un annotasiyasında bildirilir:
“Görkəmli Azərbaycan yazıçısı Elçin Hüseynbəylinin əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub və çoxsaylı mükafatlara layiq görülüb. Oxucularımıza onu daha yaxından tanıtmaq məqsədilə bu nəşr həyata keçirilib.”
Mənbə: Azərbaycan.media
