🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Milli Məclisdə Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı başladı

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı Milli Məclisdə işə başlayıb.

Azərbaycan.media xəbər verir ki, tədbir “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlət suverenliyi və milli müstəqilliyin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Tədbirdə 20-yə yaxın ölkənin parlament nümayəndə heyətləri, həmçinin 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər.