Azərbaycan.media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan, Sumqayıt, Lənkəran, Binəqədi, Şirvan və Yevlaxdakı yaşayış komplekslərində 627 mənzili güzəştlə satışa çıxarır.
Satış 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-dək davam edəcək. Gözləmə qaydasında seçim isə 9 dekabr saat 11:00-da başlayacaq.
Mənzillərin alınması yalnız “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən, “Güzəştli mənzil” sistemi vasitəsilə mümkündür. Elektron kabineti olan vətəndaşlar bərabər hüquqlara malikdir.
