🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əkizlər qadınları və tərəzi kişiləri arasında boşanma halları daha çoxdur – vəkil

Evlilik bir çox insanın həyatda ən böyük arzusu və məqsədlərindən biridir. Lakin arzulanan ailə həyatını qoruyub saxlamaq hər zaman asan olmur. Cütlüklər arasındakı uyğunluq evliliyin davamlılığı üçün əsas şərtlərdən sayılır. Buna görə də bir çoxları münasibətlərdə uyğunluğu müəyyən etmək üçün astrologiyaya müraciət edir.

Azərbaycan.media xəbər verir ki, astroloqların fikrincə, bəzi bürclər uzunmüddətli münasibətlərə və sabitliyə meyilli olsa da, digərləri daha çox ayrılıq və boşanma ilə üzləşir. Son günlərdə əkizlər, qoç, balıq və oxatan bürclərinin münasibətlərdə çətinlik yaşadığı, boşanma riskinin isə daha yüksək olduğu vurğulanıb.

Lakin vəkil Elif Yanardağ bu məsələyə fərqli yanaşma sərgiləyib. O, astrologiyaya deyil, özünə gələn boşanma işlərinin statistikasına əsaslanaraq nəticə çıxarıb.

Yanardağ sosial şəbəkədə paylaşımında yazıb:
“Boşanma işləri üzrə ixtisaslaşmış bir vəkil olaraq açıq şəkildə deyə bilərəm ki, ən çox boşanma halları əkizlər qadınları və tərəzi kişiləri arasında baş verir. Üstəlik, bu iki bürcün iştirak etdiyi boşanma işlərinin təxminən 90 faizi ‘tam qüsurlu tərəf’ kimi qiymətləndirilir.”