Azərbaycan.media xəbər verir ki, cari ilin ilk 9 ayı ərzində ayrı-seçkiliyin təbliğinə yol verə biləcək yayımlara görə “Space TV”, “Xəzər TV” və “ARB” kanallarına, həmçinin müstəsna yayım hüququnun pozulmasına görə “Space TV” kanalına rəsmi xəbərdarlıq verilib.
Audiovizual Şuradan Publika.az-a verilən məlumatda bildirilir ki, həmin müddət ərzində “Kanal S” kanalının efirində proqramlar 24 saatlıq müddətə (4 aprel 2025-ci il) və “Space TV” kanalının efirində proqramlar 6 saatlıq müddətə (16 sentyabr 2025-ci il) müvəqqəti dayandırılıb.
Eyni zamanda, reklam qanunvericiliyinin pozulmasına görə “MTV” və “Dünya TV” kanallarının proqramları fevralın 7-də 3 saatlıq müddətə dayandırılıb.
