🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bir sıra yollarında tıxac yaranıb

Paytaxtın bir neçə əsas küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Azərbaycan.media xəbər verir ki, Bu barədə məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.

Hazırda sıxlıq aşağıdakı istiqamətlərdə qeydə alınıb:

  • Yusif Səfərov küçəsi – mərkəz və Heydər Əliyev prospekti istiqamətində;

  • Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionu qarşısından “20 Yanvar” metrostansiyası, həmçinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

  • Bakı–Sumqayıt şosesi – “Xırdalan” dairəsi istiqamətində;

  • Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

  • 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

  • Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;

  • Şəmsi Bədəlbəyli küçəsi – “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

  • Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;

  • 28 May və Dilarə Əliyeva küçələri – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

  • Mikayıl Useynov prospekti – Bayraq Meydanından “Azneft” dairəsi istiqamətində;

  • Heydər Əliyev prospektinin köməkçi yolu – mərkəz istiqamətində;

  • Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

  • Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  • Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

  • Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində;

  • Koroğlu Rəhimov küçəsi – Mirzə Qədim İrəvani küçəsindən Həsən Əliyev və Heydər Əliyev prospekti istiqamətində.

NİİM sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmağı və mümkün olduqda alternativ yollardan istifadə etməyi tövsiyə edib.