🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bir sıra əsas yollarında sıxlıq yaranıb

Bakıda səhər saatlarından etibarən bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Azərbaycan.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda tıxac olan əsas küçə və prospektlər bunlardır:

  1. Bakı–Sumqayıt şossesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

  2. Heydər Əliyev prospekti (əsas və köməkçi yollar), mərkəz istiqamətində;

  3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

  4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

  5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

  6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

  7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

  8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

  9. Binəqədi şossesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

  10. “20 Yanvar” dairəsi;

  11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

  12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

  13. Zərifə Əliyeva küçəsi;

  14. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.

NİİM sürücülərə mümkün olduqca alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı tövsiyə edib.