Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti enib.
Azərbaycan.media xəbər verir ki, 1 barel “Azeri Light” 1,82 ABŞ dolları və ya 2,72 % ucuzlaşaraq 65,21 ABŞ dolları olub. Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 64,2 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında satılan “Azeri Light” markalı neftin bir bareli isə 1,85 ABŞ dolları və ya 2,85 % azalma ilə 63,17 ABŞ dollarına düşüb.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində müəyyən edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də — 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda — 149,66 ABŞ dolları olub.
Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilir və bu müqavilədə SOCAR-ın payı 31,65 % təşkil edir.
