🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan XİN Türkiyəni Respublika Günü münasibətilə təbrik edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə qardaş ölkəyə təbrik ünvanlayıb.

Nazirliyin “X” sosial şəbəkəsində yayılan paylaşımda deyilir:

“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.

Bu tarixi gündə Türkiyə Respublikasının banisi, dahi Mustafa Kamal Atatürkü, həmçinin Cümhuriyyətin yaradılması uğrunda canlarını fəda etmiş şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik.

Bölgədə sülhün, ədalətin və inkişafın rəmzinə çevrilmiş Türkiyə Respublikası, eləcə də misilsiz Azərbaycan–Türkiyə qardaşlığı əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.

Bu əlamətdar gün münasibətilə qardaş Türkiyəyə daim sülh, rifah və tərəqqi arzulayır, Azərbaycan–Türkiyə birliyinin və qardaşlığının əbədi olacağına əminliyimizi ifadə edirik.

Türkiyənin Cümhuriyyət Günü mübarək!”