Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sədrliyi ilə keçirilən Ali Hərbi Komandanlığın iclasında Rusiyaya qarşı uzaqmənzilli hücumların coğrafiyasının genişləndirilməsi müzakirə olunub.
Prezident bu barədə öz “Telegram” kanalında məlumat yayıb. İclasda silah istehsalçıları və hücumların həyata keçirilməsinə cavabdeh olan bütün şəxslərin iştirak etdiyi bildirilib.
Zelenskinin sözlərinə görə, iclas zamanı müəyyən dövr ərzində uzaqmənzilli hücumların effektivliyi və əldə edilən nəticələr təhlil olunub:
“Rusiyanın neft emalı sənayesi artıq müharibə üçün əhəmiyyətli bir əvəz ödəyir və daha da çox ödəyəcək. Biz uzaqmənzilli hücumlarımızın coğrafi əhatəsini genişləndirmək üçün konkret vəzifələr müəyyən etmişik,” – deyə dövlət başçısı qeyd edib.
