🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yaponiya və ABŞ “ittifaqın yeni qızıl dövrü” üçün sazişlər imzalayıb

Azərbaycan.media xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında “ittifaqın yeni qızıl dövrü”nə dair sazişlər və strateji əhəmiyyətli minerallar sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Ağ Evin mətbuat xidmətinin yayımına görə, mərasim zamanı Tramp bildirib ki, Vaşinqton Tokiodan “çox böyük miqdarda” hərbi texnika sifarişi alıb və bağlanmış ticarət sazişini “çox ədalətli” adlandırıb.

Qeyd edək ki, bu görüş Takaiçinin 21 oktyabrda vəzifəyə başlamasından sonra Ağ Ev rəhbəri ilə ilk danışıqları olub. Donald Tramp üçün isə bu, ikinci prezidentlik müddətində Yaponiyaya ilk səfəridir.