🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xocavəndin Qırmızı Bazar və Sos kəndlərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi ardıcıl şəkildə davam etdirilir.

Azərbaycan.media xəbər verir ki, bu çərçivədə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə daha bir köç karvanı yola salınıb.

Bu mərhələdə respublikanın müxtəlif bölgələrində — əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən 20-si (71 nəfər) Qırmızı Bazara, 10-u (42 nəfər) isə Sos kəndinə köçürülüb.

Doğma torpaqlarına qayıdan sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Onlar həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edərək, rəşadətli Azərbaycan Ordusuna və qəhrəman əsgər-zabitlərimizə təşəkkürlərini bildiriblər.