🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu göndərib

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb.

Dövlət başçısının məktubunda deyilir:

*”Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan–Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.”*