🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşıb

Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayına aid bütün sosial ödənişlər tamamlanıb.

Nazirlikdən verilən məlumata görə, oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə pensiyalar ödənilib. Oktyabrın 21-də ölkənin digər bölgələrində yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya alan şəxslərin ödənişləri həyata keçirilib.

Bu gün isə oktyabr ayına dair müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları tam şəkildə ödənilib.