🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Miss ABŞ” müsabiqəsinin qalibi bəlli olub

ABŞ-da keçirilən ən prestijli gözəllik müsabiqələrindən biri olan “Miss ABŞ” yekunlaşıb.

Azərbaycan.media xəbər verir ki, Nebraskanı təmsil edən 22 yaşlı Oddie Ekert ölkənin ən gözəl qadını elan olunub. Ekert Nebraska-Linkoln Universitetinin məzunudur.

İkinci və üçüncü yerlər müvafiq olaraq Nyu-Cersi və Oreqon nümayəndələrinə verilib.

Ənənədən fərqli olaraq, tacı qalibə əvvəlki “Miss ABŞ” titulunun sahibi deyil, hazırkı “Kainat Gözəli” Viktoriya Kyaer Teylviq təqdim edib.