🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İzmir sahillərində 37 qeyri-qanuni miqrant saxlanılıb

Azərbaycan.media xəbər verir ki, Türkiyənin İzmir şəhərinin Aliağa sahillərində 37 qeyri-qanuni miqrant saxlanılıb.

Ölkənin Sahil Mühafizəsi Komandanlığının məlumatına görə, saxlanılan miqrantlardan 13-ü uşaqdır. Həmçinin boğulma təhlükəsi ilə üzləşən 28 qeyri-qanuni miqrant xilas edilib, onlardan 12-si uşaqdır.

Xatırladaq ki, oktyabrın 24-də Egey dənizinin Türkiyəyə aid hissəsində, Bodrum sahillərinə yaxın ərazidə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 17 nəfər ölüb.