Azərbaycan.media xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtın bir sıra əsas yollarında tıxacların olduğunu açıqlayıb.
Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakılardır:
-
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
-
Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
-
Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
-
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
-
Babək prospekti, mərkəz istiqamətində;
-
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
-
Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
-
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
-
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
-
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
-
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
-
Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
-
Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində.
Sürücülərə alternativ yolları seçmək və yol hərəkətində diqqətli olmaq tövsiyə olunur.
