Azərbaycan.media xəbər verir ki, Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq və əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, səhər bəzi yerlərdə zəif duman və az çiskin müşahidə oluna bilər. Mülayim cənub-şərq küləyi axşam saatlarından güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15–17°, gündüz isə 20–23° isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 80–85 %, gündüz 70–75 % olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış, şimşək çaxması müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış, dolu düşməsi və dağlıq ərazilərdə qar yağma ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 10–15°, gündüz 20–25°, dağlıq ərazilərdə gecə 5–10°, gündüz 13–18° isti olacaq.
