Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Azərbaycan.media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları noyabrın 12-də Moskvada keçiriləcək görüşə hazırlıq məsələlərini müzakirə ediblər. Həmçinin vurğulanıb ki, qarşıdakı danışıqlar Qazaxıstan və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacaq.
Xatırladaq ki, Tokayev noyabrın 12-də Rusiyaya rəsmi səfər edəcək.
