🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Melissa” qasırğası Yamaykaya doğru irəliləyir – 5-ci kateqoriya gücündə

Yamayka adasına yaxınlaşan “Melissa” qasırğası gücünü artıraraq 5-ci kateqoriyaya çatıb.

Azərbaycan.media xəbər verir ki, Modern.az-ın məlumatına görə, meteoroloqlar qasırğanın güclü daşqınlara, torpaq sürüşmələrinə və infrastrukturun ciddi zədələnməsinə səbəb ola biləcəyini bildiriblər.

Bu, 1851-ci ildən bəri — yəni qasırğalar qeydə alınmağa başladığı vaxtdan — Yamaykaya çatan ən güclü qasırğa olacaq. Proqnozlara əsasən, “Melissa” çərşənbə axşamı gündüz saatlarında Yamaykaya, günün sonuna doğru isə Kubaya çatacaq. Daha sonra onun Baham adalarına doğru hərəkət edəcəyi gözlənilir.

Mütəxəssislər bildiriblər ki, bu təbiət hadisəsinin ABŞ-ın materik hissəsinə birbaşa təsiri olmayacaq.

Qeyd edək ki, 5-ci kateqoriya qasırğalar Saffir–Simpson şkalasına əsasən ən yüksək dərəcəli sayılır və küləyin sürəti saatda 250 kilometrdən çox olur.