Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri vəfat edib.
Azərbaycan.media xəbər verir ki, bu barədə məlumat qurumun sosial şəbəkə hesabında paylaşılıb.
Bildirilib ki, Komitənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri, 1981-ci il təvəllüdlü Sevinc Salahova bu gecə dünyasını dəyişib.
Hazırda onun ölüm səbəbi barədə məlumat verilməyib.
