🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

DMX rəisi Vüsal Hüseynov vətəndaşları qəbul edəcək

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov oktyabrın 31-i saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.

Azərbaycan.media xəbər verir ki, bu barədə məlumatı DMX yayıb.

Bildirilib ki, qəbulda iştirak etmək istəyən şəxslər şəxsiyyətini təsdiq edən sənədlərlə oktyabrın 30-dək Bakı şəhəri, Atatürk prospekti 189 ünvanında yerləşən Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı şəkildə göstərmək, şəxsiyyət vəsiqəsini (əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda Azərbaycan ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), həmçinin nümayəndə müraciət etdiyi halda onu təsdiqləyən rəsmi sənədləri təqdim etmək tələb olunur.