🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Britni Spirs sərxoş halda avtomobil idarə edib, qalmaqal yaradıb

Amerikalı məşhur müğənni Britni Spirs yenidən qalmaqallı hadisə ilə gündəmə gəlib.

Azərbaycan.media xəbər verir ki, “Page Six”in məlumatına görə, Spirs Los-Ancelesdəki restoranlardan birində axşamı əylənərək keçirdikdən sonra sərxoş vəziyyətdə avtomobil idarə edib. Hadisə şahidlərinin sözlərinə görə, o, dayanacaqda bir qıza toxunaraq onu yerə yıxıb və daha sonra qarşı hərəkət zolağına çıxaraq evinə gedib. Olay paparassilər tərəfindən lentə alınıb.

İddialara görə, müğənninin bu davranışı keçmiş həyat yoldaşı Kevin Federlayn tərəfindən yaxın günlərdə yayımlanan xatirə kitabı ilə bağlı ola bilər. Kitabda Federlayn Britni ilə evlilik dövrü barədə şəxsi detallar paylaşıb və onu mənfi şəkildə təsvir edib.

Qeyd olunur ki, Spirs son vaxtlar 2000-ci illərdəki sərbəst və nəzarətsiz həyat tərzinə qayıtmağa çalışır.