🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıdan şəhərlərarası avtobus parkının 35 faizi yenilənib

Bakıdan regionlara şəhərlərarası sərnişin daşımaları üzrə avtobus parkının 35 faizi yenilənib.

Azərbaycan.media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla məlumat verilib.

Qurumdan bildirilib ki, 2023–2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərinə daha müasir və komfortlu avtobuslar cəlb olunub. Belə ki, 2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci ildə isə 380 marşrut reysi üzrə müsabiqə təşkil edilib.

Ümumilikdə, 115 yeni nəsil avtobus şəhərlərarası daşımalar sisteminə daxil edilib. Bununla da Bakıdan regionlara fəaliyyət göstərən avtobusların orta istismar yaşı 18 ildən 12 ilə endirilib.

Həmçinin qeyd olunub ki, paytaxtdan regionlara həyata keçirilən reyslərin 96 faizi artıq “biletim.az” portalına inteqrasiya olunub.