Oktyabrın 25-də İmişli rayonunun Yalavaç kəndində 22 yaşlı şəxs ilə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azərbaycan.media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində nişan mərasiminin qarşısı alınıb.
Tərəflərin valideynləri Biləsuvar Rayon Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib.
