Ötən ilki daşqınların nəticələri ilə bağlı Valensiyada 50 mindən çox insan etiraz aksiyası keçirərək Generalitat prezidenti Karlos Masonun istefasını tələb edib.
Azərbaycan.media “Pais” qəzetinə istinadən verdiyi məlumata görə, mitinqdə 200-dən çox ictimai, sosial və sol yönümlü həmkarlar ittifaqı, eləcə də “Dana” fırtınasının qurbanlarının assosiasiyaları və yerli fövqəladə hallar və bərpa komitələri (CLER) iştirak edib.
Etirazçılar Valensiya hökumətinin təbii fəlakət zamanı göstərdiyi reaksiyadan narazılıqlarını bildirərək, Karlos Masonun istefasını tələb ediblər. Ötən il baş vermiş daşqınlar 229 nəfərin həyatına son qoymuşdu.
