🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türk Dünyasında Tarixi An: Turan Baş Qərargahı İğdırda Təsis Edildi

Türk dünyasında birliyin və həmrəyliyin simvolu olmağı hədəfləyən Turan Birləşmiş Dövlətləri Təşkilatı Baş Qərargahını İğdır şəhərində təsis edib və ilk qurultayını keçirib. Tədbir bölgə sakinləri və Türk dünyasının nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

Qurultayda çıxış edən təşkilatın Baş Qərargah sədri İsmayıl Ateş Turan idealının tarixi və strateji əhəmiyyətindən danışıb. O, bildirib:

“Sizləri Turanın qədim qapısı olan İğdırda, birliyimizin və dirliyimizin bu mənalı qurultayında salamlayıram.
Bu gün burada – coğrafiyamızın ən böyük sivilizasiya layihəsi sayılan Turan idealını real bir viziyaya çevirmək üçün toplaşmışıq.
Təşkilatımızın əsas missiyası aydındır: Beynəlxalq Türk dövlətləri arasında effektiv əməkdaşlıq mexanizmi qurmaq, mədəni əlaqələri gücləndirmək, Turan potensialını maksimum dərəcədə artırmaq və bütün sahələrdə inkişaf hərəkatına başlamaqdır.
Bu vizionun qurulmasında ən qiymətli amil böyük Türk milləti, qətiyyətli rəhbərlərimiz və birliyə könül vermiş yoldaşlarımızdır.
Qlobal sistemdəki hər dəyişiklik bizi daha çox çalışmağa, istehsal etməyə və birliyimizi möhkəmləndirməyə səsləyir. Mədəni irsimizi qoruyaraq, qardaşlığımızı gücləndirərək və iqtisadi inkişafı təmin etməklə Turanı bir sivilizasiya layihəsi kimi gerçəkləşdirəcəyik.
Ne mutlu Türk’üm diyene!
Yaşasın Turan, yaşasın Türk birliyi!”

Qurultayda Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini Sərdar Ünsal, MHP İğdır İl Başkanı Hüseyn Ateş, MHP Mərkəz İlçə Başkanı Erşan Balo, Karakoyunlu bələdiyyə başçısı Bayraməli BallıTÜKAV sədri Qurban Parlar də iştirak edib.

Qonaqlar çıxışlarında Türk dünyasının mədəni və strateji birliyini möhkəmləndirməyə yönəlmiş təşəbbüsü dəstəklədiklərini bildirərək, Turan idealının yalnız bir arzu deyil, ortaq gələcək vizionu olduğunu vurğulayıblar.

Qurultay “Yaşasın Turan, yaşasın Türk birliyi!” şüarları ilə yekunlaşıb. Tədbirdə birliyin və həmrəyliyin mesajları xüsusi olaraq diqqət çəkib.


.

 

 

 

Mənbə: Azərbaycan.media