Azərbaycan.media xəbər verir ki, Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra “Qonaqcanlı” verilişində qonaq olub.
Proqram zamanı Zəhra ad gününü qeyd edən anasının rəfiqəsi, Əməkdar artist Dilarə Əliyevaya təbriklərini çatdırıb:
“Ad gününüz mübarək olsun. Dilarə xanımı çox sevirəm. O mənə anamı xatırladır,” – deyə Zəhra bildirib.
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
