🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Stressdən qurtulmaq üçün spirtli içki qəbul edənlər daha ağır sərxoşluq yaşayır

Avstraliyanın Melburn Texnologiya Universitetinin psixoloqları Rebekka Rotman və doktor Bler Eytken müəyyən ediblər ki, spirtli içkini stressi azaltmaq məqsədilə qəbul edən insanlar daha ağır sərxoşluq keçirirlər.

Azərbaycan.media xəbər verir ki, tədqiqat nəticələri “Daily Mail”də yayımlanıb.

Tədqiqatçılara görə, sərxoşluq zamanı narahatlıq və qorxu hissləri daha güclü olur. Bu emosiyalar adətən içkidən sonrakı gün ortaya çıxır və xüsusilə stressdən qurtulmaq üçün içki qəbul edən şəxslərdə daha kəskin şəkildə hiss olunur.

Psixoloqlar sərxoşluğu ağırlaşdıran əsas amillərdən birinin gecədən sonra yaranan peşmanlıq hissi olduğunu bildiriblər. Bu, insanın sərxoş vəziyyətdə öz xarakterinə və inanclarına uyğun olmayan davranışlar sərgilədiyi hallarda baş verir.

“Emosiyalarını tanımaq və idarə etməkdə çətinlik çəkən insanlar spirtli içki qəbul etdikdə daha ciddi nəticələrlə üzləşirlər,” – deyə Rebekka Rotman qeyd edib.

O əlavə edib ki, ağır sərxoşluq və güclü narahatlıq hissi əksər hallarda insanları içkidən uzaqlaşdırmır. Bunun səbəbi insanların sərxoşluq anında hiss etdikləri rahatlıq və sonrakı narahatlığı cüzi narahatlıq kimi qəbul etmələridir.