Azərbaycan.media xəbər verir ki, Samux rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub və nəticədə 3 nəfər xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına görə, onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
