Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Kiyev şəhərinə kütləvi dron hücumu təşkil edib.
Azərbaycan.media xəbər verir ki, APA-nın “RBK Ukraine” saytına istinadən verdiyi məlumata görə, hücum nəticəsində paytaxtda yanğın baş verib, ümumilikdə 26 nəfər xəsarət alıb. Yaralılar arasında altı uşaq da var.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, saat 02:23 radələrində Kiyev istiqamətinə “Şahed” tipli bir qrup kamikadze dronu yönəldilib. Bir neçə dəqiqə sonra şəhərdə hava həyəcanı elan olunub.
Zərbələr əsasən Desnyanski və Obolonski rayonlarını vurub. Hadisə yerinə xilasedicilər və tibb briqadaları cəlb edilib.
