Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da havanın dəyişkən buludlu olacağını, əsasən yağmursuz keçəcəyini bildirir. Lakin axşam bəzi yerlərdə yağış və şimşək çaxma ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 80-85%, gündüz 65-70% təşkil edəcək.
Rayonlarda isə havanın əsasən yağmursuz olacağı, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağış, dolu və yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Bəzi yerlərdə arabir duman da müşahidə ediləcək. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 11-16, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq.
