🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İtaliyanın cənubunda 4 bal gücündə zəlzələ – sakinlər küçələrə çıxıb

Azərbaycan.media xəbər verir ki, İtaliyanın cənubundakı İrpiniya bölgəsində bu gün yeraltı təkanlar baş verib. Zəlzələnin gücü 4 bal ölçülüb, episentri isə Moefredan şəhərindən cəmi 1 km aralıda yerləşib və 14 km dərinlikdə qeydə alınıb.

Zəlzələ Kampaniya regionu ilə yanaşı Neapol, Salerno və Benevento şəhərlərində də hiss olunub. Sakinlər qorxu və təşviş içində küçələrə çıxaraq vəziyyəti yaxından izləyiblər.

İlkin məlumatlara görə, dağıntı və insan tələfatı qeydə alınmayıb. Montefredan meri bildirib ki, ehtiyat tədbiri olaraq bazar ertəsi günü məktəblər tətil edilib.

İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, son iki gündə bölgədə 3,4–3,9 bal gücündə üç zəlzələ daha baş verib. Mütəxəssislər sakinləri sakit olmağa və rəsmi mənbələrdən məlumatları izləməyə çağırırlar.