🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Donald Tramp Tayland və Kamboca arasında sülh müqaviləsinin imzalanacağını açıqladı

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tayland və Kamboca arasında əldə olunan razılaşma çərçivəsində 18 kambocalı hərbi əsir azad olunacaq.

Tramp öz “Truth” sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Malayziyaya səfəri zamanı Tayland və Kamboca arasındakı münaqişənin həlli ilə bağlı sülh müqaviləsinin imzalanması mərasiminə şəxsən qatılacaq:

“Kamboca və Tayland arasında vasitəçilik etdiyim böyük sülh müqaviləsini imzalamaq üçün Malayziyaya gedirəm. Orada onların baş naziri ilə görüşəcəyəm. Hər kəsin bu vacib tədbirdə iştirak edə bilməsi üçün sülh müqaviləsini gəlişimlə dərhal imzalayacağıq,” – Tramp yazıb.