🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan Dövlət Kukla Teatrı noyabr repertuarını açıqladı

 

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Dövlət Kukla Teatrı 2025-ci ilin noyabr ayı üçün repertuarını təqdim edib.

Ay ərzində həm Azərbaycan, həm də rus dillərində maraqlı tamaşalar nümayiş olunacaq.

 

Repertuara “Qoğal”, “Cırtdan”, “Qar Kraliçası”, “Yeddi Nar Çubuğu”, “Məlikməmməd”, “Əlibaba və Qırx Quldur”, “Durna Balığı”, “Leylək və Muğavva”, “Tıq-tıq və Taq-taqın Nağılı”, “Ələddinin Sehrli Çırağı”, “Nənəmin Aş Qazanı”, “Qırmızıpapaq” və “Qızıl Balıq” kimi sevilən tamaşalar daxildir.

Bundan başqa, repertuarda rus dilində “Qoğal”, “Üç Cəsur”, “Durna Balığı”, “Pişiyin Evi” və “Bir Dəfə Şamaxı Xanlığında” tamaşaları da yer alıb.

Tamaşalar adətən saat 12:00, 14:00 və bəzi günlərdə 18:00-da nümayiş etdiriləcək.

Uşaqlar və ailələr üçün nəzərdə tutulan bu tamaşalar həm klassik, həm də müasir nağıl motivləri əsasında hazırlanıb.

Ətraflı məlumat və biletlərin əldə olunması üçün teatrın rəsmi saytı — www.kuklateatri.az — vasitəsilə müraciət etmək mümkündür.

Əlaqə nömrəsi: ‪(+99412) 492-64-25

 

Mənbə: Azərbaycan.media