Azərbaycan muğam sənətinin zirvəsində dayanan Xalq artisti Alim Qasımov və onun sənət davamçısı, Əməkdar artist Fərqanə Qasımova, iki ruhun ayrılıqda bütöv, hicranda əbədi olan eşq nəğməsini – “Leyli və Məcnun” klassik ədəbi əsəri əsasında hazırlanmış “Şəbi Hicran” muğam kompozisiyasını təqdim edəcəklər.
Tamaşa Əməkdar incəsənət xadimi Hafiz Quliyev və Əməkdar artist Bəhruz Vaqifoğlu tərəfindən hazırlanıb. Azərbaycan.media xəbər verir ki, 26 noyabr tarixində Heydər Əliyev Sarayında baş tutacaq musiqili səhnə əsərində Alim Qasımov və Fərqanə Qasımova, aktyor Cavad Nur və aktrisa Jalə Novruzova ilə birgə Füzulinin ölməz əsəri “Leyli və Məcnun”u muğamın incəlikləri və poeziyanın vəhdəti ilə səhnələşdirəcəklər.
Biletlər haqqında məlumat:
Biletləri yalnız şəhərin kassalarından fiziki formada və ya iTicket.az saytından (həmçinin tətbiqindən) QR bilet olaraq əldə etmək mümkündür. QR biletlər konsertdən 12 saat əvvəl aktivləşəcək.
Tədbirin detalları:
📍 Məkan: Heydər Əliyev Sarayı
📅 Tarix: 26.11.2025
🕐 Saat: 21:00 – 22:30
🎟 Bilet qiymətləri: 15 – 160 ₼
Sizi bu unudulmaz muğam axını ilə tanış olmağa dəvət edirik!
Fuad BİLƏSUVARLI
Mənbə: Azərbaycan.media
