Azərbaycan.media xəbər verir ki, noyabrın 8-də Zəfər Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunacaq.
Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri çıxış edəcək, tamaşaçılara unudulmaz musiqi və rəngarəng səhnə nümayişləri təqdim olunacaq.
Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatacaq.
Oxundu: 9
