Türkiyənin İzmir vilayətinin Foça rayonunda yağan leysan yağışlar nəticəsində avtomobili ilə birlikdə sel sularına qapılan 70 yaşlı Bülent Kaptanoğlunun meyiti tapılıb.
Azərbaycan.media APA-nın Türkiyə bürosuna istinad edərək xəbər verir ki, AFAD xilasetmə qruplarının geniş axtarışları nəticəsində Bülent Kaptanoğlunun meyiti Bucak çayında aşkarlanıb.
