🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tbilisidə Cəlil Məmmədquluzadənin barelyefinə müdaxilə aradan qaldırılıb

Tbilisidə Cəlil Məmmədquluzadənin barelyefinə edilən müdaxilə aradan qaldırılıb.

Azərbaycan.media xəbər verir ki, xatirə lövhəsindəki “Azərbaycanın” yazısı üzərindəki ağ cızıqlar xüsusi məhlulla silinib.

Yazının bərpası Azərbaycanın Gürcüstandakı səfirliyi və Cəlil Məmmədquluzadənin ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurası tərəfindən aparılıb.

Muzeyin yerləşdiyi ərazidə təhlükəsizlik kameralarının olmaması yazının kim tərəfindən silindiyini müəyyən etməyə imkan verməyib.

Qeyd olunur ki, ev-muzeyinin yerləşdiyi bina 2007-ci ildən mədəni irs abidəsi statusuna malikdir. Gürcüstanda bu cür tikililərin fasadlarına qanunsuz yazı və “qrafiti” çəkilməsinə görə 2 min lari (təxminən 1 250 AZN) cərimə tətbiq olunur.